Xocavənd rayonunun Hadrut qəsəbəsində 2-ci mərhələ üzrə ümumi sahəsi 6058,8 kv.m olan 36 ədəd fərdi yaşayış evinin təmirinə sərf ediləcək vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, məbləğ 2 102 166 AZN-dir.
Təmir işlərini “Real-İnşaat” MMC həyata keçirəcək.
Bir ev 58 393 manata təmir ediləcək.
“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 2 Sentyabr 2025, 08:19