AZ

Samsungdan çılğın müsabiqə Ayda 200.000 addım atana ağıllı saatı hədiyyə

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cənubi Koreyanın texnoloji şirkəti Samsung yeni “Galaxy Watch 8”i təqdim etmək üçün Hindistanda qəribə müsabiqə keçirir.

Lent.az xəbər verir ki, Samsung Hindistanda üçüncü illik "Walk-a-thon India" tədbirini elan edib.

Tədbirdə iştirakçılar yeni “Galaxy Watch 8”-i pulsuz qazana və ya sadəcə piyada getməklə 15.000 rupi (təxminən 290 AZN) endirimlə əldə edə bilərlər.

“Walk-a-thon India 2025” (Hindistanda gəzinti marafonu) 2025-ci il avqustun 1-dən avqustun 30-dək keçiriləcək.

İştirakçılar “Samsung Health” proqramını Galaxy və ya Android telefonlarına endirməli, sonra proqrama daxil olub və tədbir üçün qeydiyyatdan keçməlidirlər.

İştirakçılar müəyyən edilmiş bir ay müddətində cəmi 200.000 addım atmalıdırlar. Bu addımlar telefon proqramında akselerometr və giroskop sensorlarından istifadə etməklə izlənilir.

Lazımi sayda addımları atmağı bacaranlar sentyabrın 5-dən 30-a kimi “Samsung Members” proqramını yükləyərək öz mükafatlarını tələb edə bilərlər.

Üç iştirakçı tamamilə pulsuz “Galaxy Watch 8” qazanacaq, qalan bütün istifadəçilər isə endirim kuponu əldə edəcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
lent.az

1Mənbələr