AZ

Teylor Svift toyunu təxirə salmaq qərarına gəldi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur müğənni Teylor Svift və futbolçu Trevis Kelsi nişanlandıqdan sonra toy etmək üçün tələsməmək qərarına gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
"Teylor və Trevis nişanlarını qeyd edirlər, hələ toyu planlaşdırmağa başlamayıblar. Hazırda onlar sadəcə anı yaşamaq istəyirlər və toy mərasimi üçün tələsmək fikrində deyillər. Onlar indi rahatdırlar ki, artıq hər şeyi gizli saxlamağa məcbur deyillər", - deyə tabloidin mənbəsi bildirib.
Xatırladaq ki, avqustun 26-da Trevis Kelsi və Teylor Svift nişanlandıqlarını elan ediblər. Cütlük "Instagram"da qucaqlaşdıqları və əl-ələ tutduqları fotosunu yerləşdiriblər. Futbolçu sevgilisinə "Artifex Fine Jewelry" zinət əşyaları salonunda dizayner Kayndred Lubeklə birlikdə hazırladığı üzüyü hədiyyə edib.
Sviftin amerikalı futbol ulduzu Kelsi ilə sevgi münasibətlərinə dair xəbərlər ilk dəfə 2023-cü ildə ortaya çıxıb. Amerikalı müğənni NFL ulduzunun oyunlarına da qatılıb.
Seçilən
22
4
oxu.az

10Mənbələr