AZ

Belarus ətinin böyük partiyası Rusiyaya buraxılmayıb...

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Bryansk vilayətində ciddi qanun pozuntuları olan yük saxlanılıb...

Rosselxoznadzor Belarusdan 40 ton dondurulmuş quş ətinin idxalına qadağa qoyub.

SİA-nın məlumatına görə, hadisə Bryansk vilayətində baş verib.

Sərhəddə iki avtomobil saxlanılıb. Yoxlama zamanı gömrük və Rosselxoznadzor əməkdaşları ciddi qanun pozuntuları aşkar ediblər.

Xüsusilə, məhsulların partiya nömrələri və istehsal tarixləri baytarlıq müşayiət sənədlərində göstərilənlərə uyğun gəlmir. Bundan başqa, nəqliyyat vasitələrinin birində ət qutusuz, birbaşa nəqliyyat vasitəsinin döşəməsi ilə daşınıb.

Bütün məhsullar Belarusa qaytarılıb.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
sia.az

2Mənbələr