"Fənərbağça" Dieqo Karlosun "Komo"ya icarəyə verildiyini açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda "Fənərbağça" klubu açıqlama yayıb.
"Klubumuz braziliyalı futbolçu Dieqo Karlosun icarəyə verilməsi üçün İtaliyanın "Komo" klubu ilə razılığa gəlib. Dieqoya uğurlu, zədəsiz mövsüm arzulayırıq."
Xatırladaq ki, zədə səbəbindən ümumilikdə 18 matçı buraxan Dieqo Karlos 5 matçda meydana çıxa bilib.
Fərid Əhmədov
MİA.AZ