AZ

Naomi Osaka ABŞ Açıq-2025-in 1/4 finalına yüksəldi

Yaponiyalı tennisçisi Naomi Osaka, ABŞ Açıq-2025 turnirinin dörddəbir finalına vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, dördüncü mərhələdə Osaka dünya üçüncüsü, amerikalı Kori Qoffunu 6:3, 6:2 hesabı ilə məğlub edib.

Matç 1 saat 4 dəqiqə davam edib. 

Qadınların fərdi yarışları 24 avqust – 6 sentyabr tarixlərində keçirilir. Turnirin hazırkı çempionu isə dünya birincisi, belaruslu Arina Sobolenkodur.

Seçilən
60
90deqiqe.az

1Mənbələr