...Marathe “Mən yalnız sənin mahnını oxuyuram” filmindəki rolundan sonra şöhrət qazandı. Məşhur həyatının son iki ilini xərçənglə mübarizəyə həsr edib.
SİA-nın məlumatına görə, hindistanlı aktrisa Priya Marathe 39 yaşında uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Mint xəbər portalının məlumatına görə, Bollivud ulduzu müalicə almasına və əməliyyatdan sonra vəziyyətinin müvəqqəti yaxşılaşmasına baxmayaraq, Mumbayda dünyasını dəyişib.
Onun əri Şantanu Moqe bildirib ki, tibbi prosedurlardan sonra Priya çəkilişlərə qayıtmaq üçün özünü kifayət qədər yaxşı hiss edib.
Marathe "Mən yalnız sənin mahnını oxuyuram" filmindəki rolundan, eləcə də "Sacred Bonds" və "Mən onu çox bəyənirəm" layihələrində iştirakından sonra şöhrət qazanıb. Məşhur həyatının son iki ilini təkrarlanan xəstəliklə mübarizəyə həsr etsə də, müalicəsi nəticə verməyib.
Nazlı Almuradova