Rusiyaya qarşı sanksiya ilə bağlı bütün variantlar hazırda masadadır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Xəzinədarlıq katibi Skot Bessent “Fox News”a müsahibəsində deyib. O, Rusiyanın son danışıqlara baxmayaraq, Ukraynanı bombalamağa davam etməsindən sonra Tramp administrasiyasının sanksiyaları nəzərdən keçirdiyini deyib.“Prezident Putin Ankoricdəki tarixi görüşdən, telefon danışığından, Avropa liderləri və Prezident Zelenskinin Ağ Evdə görüşündən sonra etməli olduğunun əksini etdi və bombalama kampaniyasını artırdı. Ona görə də Prezident Trampla birgə sanksiyalara dair bütün variantlara baxılır və düşünürəm ki, bu həftə onları çox yaxından araşdıracağıq”,- deyə Bessent əlavə edib.