AZ

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünyada gərginliklərin və silahlı qarşıdurmaların artdığı bir dövrdə İslandiya sabitlik və əmin-amanlıq nümunəsi olaraq qalır. Qlobal Sülh İndeksinin (Global Peace Index) 2025-ci il nəticələrinə əsasən, bu ölkə növbəti dəfə dünyanın ən sülhsevər dövləti seçilib.

Ölkə.az xəbər verir ki, şimal ölkəsi olan İslandiya artıq 2008-ci ildən etibarən bu siyahının zirvəsindədir. Vulkanları, isti bulaqları və təbiət möcüzələri ilə tanınan ölkə yalnız turizm məkanı kimi deyil, həm də ictimai təhlükəsizlik, az hərbiləşmə və sabit idarəetmə institutları ilə fərqlənir. Bu xüsusiyyətlər onu həm sülhsevər ölkə, həm də xoşbəxtlik indekslərində yüksək yerlərdə olan bir məkan halına gətirir.

İlk beşlik

İslandiyanın ardınca siyahıda İrlandiya, Yeni Zelandiya, Avstriya və İsveçrə qərarlaşıb. Bu ölkələrdə sülhün qorunması üçün əsas amil kimi “Müsbət Sülh” (Positive Peace) – yəni sağlam institutlar, güclü iqtisadiyyat və ictimai rifah önə çəkilir.

Hesabata görə, müsbət sülh yalnız zorakılığın qarşısını almaqla məhdudlaşmır. O, həm də iqtisadi inkişafı sürətləndirir, faiz dərəcələrini aşağı salır və cəmiyyətin şoklara qarşı davamlılığını artırır.

Ümumi göstəricilər isə narahatedicidir. 2008-ci ildən bu yana dünya üzrə sülh indeksi orta hesabla 5,4% pisləşib. Ən sülhsevər və ən az sülhsevər ölkələr arasındakı uçurum isə 11,7% genişlənib.

2025-ci ilin nəticələrinə əsasən:

Rusiya ilk dəfə dünyanın ən az sülhsevər ölkəsi elan olunub.

Ondan sonra Ukrayna, İsrail və Şimali Koreya gəlir.

ABŞ isə 128-ci yerdə qərarlaşıb. Bu, onu Honduras, Banqladeş və Uqanda kimi ölkələrin belə arxasında qoyur. Əsas səbəb isə yüksək hərbiləşmə səviyyəsidir.

Regional fərqlər

Cənubi Amerika bu il yeganə region olub ki, sülh göstəricilərini yaxşılaşdırıb. Ən böyük irəliləyişlər Peru və Argentinada qeydə alınıb.

Kanada və Kosta Rika Şimali və Mərkəzi Amerikanın ən sülhsevər dövlətləri sayılıb.

Afrikada isə Mavritaniya, Botsvana və Namibiya sabitliyi ilə seçilib və inkişaf edən turizm sektoru ilə diqqət çəkib.

Avropada isə Fransa Qərbi və Mərkəzi Avropada ən çox hərbiləşmiş ölkə kimi göstərilib.

Qlobal təhlükə

Hesabatda vurğulanır ki, dünya hazırda "zorakı münaqişə böhranı" ilə üz-üzədir. 2023-cü ildə 59 dövlətlərarası silahlı qarşıdurma qeydə alınıb. Bu rəqəm İkinci Dünya Müharibəsindən bəri ən yüksək göstəricidir.

İslandiya həm sülhün, həm də xoşbəxtliyin nümunəsi olaraq dünyanın ən arzuolunan ölkələrindən biri kimi mövqeyini qoruyur. Onun sabit inkişaf modeli digər ölkələr üçün də örnək sayıla bilər.(valyuta.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
olke.az

2Mənbələr