AZ

Şahlar Novruzov Rusiyada saxlanıldı

Rusiyanın Kuban vilayətindəki Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı "Köhnə Bakı" restoranının sahibi Şahlar Novruzov saxlanılıb.

Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadla xəbər verir.

60 yaşlı Novruzov 919 milyon rubl (təqribən 19 milyon 300 min manat - red.) dəyərində daşınmaz əmlakı oğurlamağa cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilir. pizza hut

İstintaq hesab edir ki, cinayəti törətmək üçün aralarında Novruzovun da olduğu cinayətkarlar Prikubansk Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış saxta nikah şəhadətnaməsi təqdim ediblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarların aktivləri ələ keçirmək üçün məhkəməyə təqdim etdikləri sənədin saxta olduğu üzə çıxıb.

O, sentyabrın 26-dək istintaq təcridxanasında qalacaq.


Telegram kanalımız
Seçilən
59
3
yenisabah.az

4Mənbələr