AZ

Altıağac Milli Parkının 21 illiyi münasibətilə tədbir keçirilib - FOTO

Bioloji Müxtəlifliyin Qorunması Xidməti və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Altıağac Milli Parkının yaranmasının 21 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə 50-dən artıq gənc iştirak edib.

Proqram çərçivəsində iştirakçılar həm ekoloji, həm də psixoloji baxımdan zəngin təcrübə qazanıblar. Onlar yoqa, gestalt məşqləri, art-terapiya, eləcə də beynəlxalq təcrübəyə əsaslanan meşədə terapevtik gəzinti (Shinrin-yoku) sessiyalarında iştirak ediblər.

Bu fəaliyyətlər gənclərə təbiətlə daha dərin bağ qurmaq, duyğularını anlamaq və daxili harmoniyanı bərpa etmək imkanı verib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


Seçilən
1
ekologiya.az

1Mənbələr