AZ

BMT: Qonşu ölkələrdəki təxminən 850 min suriyalı qaçqın geri dönüb

BMT: Qonşu ölkələrdəki təxminən 850 min suriyalı qaçqın geri dönüb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müavini Kelli Klements bildirib ki, Suriyada 14 il davam edən münaqişələr səbəbindən qonşu ölkələrdə yaşayan təxminən 850 min qaçqın öz ölkəsinə qayıdıb.

Dəməşqdə Associated Press-ə açıqlama verən Klements qeyd edib ki, 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra geri dönüş prosesi sürətlənib.

Onun sözlərinə görə, rejimin devrilməsindən bu yana 850 min nəfər Suriyaya geri dönüb və bu rəqəmin yaxın həftələrdə 1 milyona çatacağı gözlənilir.

Klements əlavə edib ki, suriyalıların geri dönüş qərarında müxtəlif səbəblər, o cümlədən təhlükəsizlik və sosial amillər mühüm rol oynayır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi isə iyun ayında bildirib ki, Əsəd rejiminin devrilməsindən sonra ölkə daxilində və xaricdə 2 milyondan çox suriyalı qaçqın və məcburi köçkün evlərinə dönüb.

Seçilən
32
afn.az

1Mənbələr