
Bu gündən etibarən Rusiyada vətəndaşların gündəlik həyatına təsir edən bir sıra yeni qanunlar qüvvəyə minib.🔹 İnternet və rabitə ilə bağlı məhdudiyyətlər:“Ekstremist materialların” axtarışı qadağan edilib (cəza – təqribən 55 dollar).SIM-kart və onlayn hesabların başqa şəxsə verilməsi yasaqlanıb (cəza – 2 200 dollar).VPN reklamı və yayılması, həmçinin bloklanmış sosial şəbəkələrdə reklam tamamilə qadağan olunub (cəza – 5 500 dollar).SIM-kart alışı zamanı müştəri kameralara qeydə alınacaq.Satışa çıxarılan bütün yeni smartfonlarda dövlət messenceri Max və yerli tətbiq mağazası məcburi quraşdırılacaq.Banklara məhkəməsiz vətəndaşların hesablarını bloklamaq və nağd pul verilişini dayandırmaq səlahiyyəti verilib.🔹 Digər dəyişikliklər:Avtomobil sahibləri üçün dövlət rüsumları üç dəfə artırılıb.Psixi pozuntuları və zəif görməsi olan şəxslərə sürücülük hüququ verilməyəcək.Məktəblərdə ingilis dili dərslərinin həftəlik saatı iki saata endirilib.Kollec məzunları yalnız ixtisaslarına uyğun sahələr üzrə ali məktəblərə qəbul imtahanı verə biləcəklər.“Qeyri-ənənəvi dəyərləri” əks etdirən filmlərin nümayişi qadağan olunub.Xarici agentlərin fəaliyyəti və evdə ekzotik heyvan saxlanılması yasaqlanıb.Qaz balonçikləri və alışqanların satışı yalnız pasport təqdim edildikdən sonra mümkün olacaq.Rəsmi qurumların açıqlamasına görə, bu dəyişikliklərin məqsədi “ictimai təhlükəsizliyi və milli dəyərləri qorumaqdır”. Lakin ekspertlər yeni qaydaların vətəndaşların azadlıqlarını ciddi şəkildə məhdudlaşdıracağını bildirirlər.Ulusum.az
Diqqət Çəkənlər
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı
Partlayış səsləri eşidiləcək - Nazirlik XƏBƏRDARLIQ etdi