AZ

Astarada 10 aylıq körpə türkəçarənin qurbanı oldu

Astarada 10 aylıq körpə ölüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Astara rayonunun Siyəkü kənd sakini - 2024-cü il təvəllüdlü körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti yüksəlib, körpənin valideynləri zəhərləndiyini düşünərək ona sodalı su içiriblər.

Halı daha da pisləşən körpəni yaxınları əvvəlcə Şürük kənd xəstəxanasına, oradan da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
74
13
manset.az

10Mənbələr