Astarada 10 aylıq körpə ölüb.
Yenisabah.az xəbər verir ki, Astara rayonunun Siyəkü kənd sakini - 2024-cü il təvəllüdlü körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti yüksəlib, körpənin valideynləri zəhərləndiyini düşünərək ona sodalı su içiriblər.
Halı daha da pisləşən körpəni yaxınları əvvəlcə Şürük kənd xəstəxanasına, oradan da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. pizza
Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız