Molla videomüraciət çəkərək insanların yasa az gəlməsindən gileyləndi, bunun ehsan verilməməsi ilə bağlı ola biləcəyini iddia etdi.
Xezerxeber.az xəbər verir ki, görüntünün Samuxda çəkildiyi bildirilir.
Samuxun Çobanabdallı kəndində yaşayan və yas mərasimlərində mollalıq edən həmin şəxs bu addımı niyə atmasından danışıb.
Kənd sakinləri isə deyirlər ki, yaslarda yemək verilməsinin ləğvi insanların öz təşəbbüsü əsasında baş tutub və çoxluq tərəfindən müsbət qarşılanır. Yas məclislrinə nə qədər adamın qatılması isə bəzən mərasim sahibinin özünün bənzər məclislərdə necə iştirak etməsindən asılı ola bilir.
Qeyd edək ki, din xadimləri də yas məclislərində ehsan verilməsinin dinin tələbi olmadığını, əksinə israfçılığa yol verilməsi baxımından bu davranışın müsbət qarşılanmadığını bildirirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.