Bakı, 1 sentyabr, AZƏRTAC
Türkiyənin “Qalatasaray” klubu “Mançester Siti”nin futbolçusu İlkay Gündoğanı heyətinə cəlb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Türkəsilli almaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.