Dopinqə görə futboldan müvəqqəti uzaqlaşdırılan “Çelısi”nin ukraynalı futbolçusu Mixail Mudrik sürücülük hüququndan da məhrum edilib.
Publika.az xəbər verir ki, Mudrik 6 ay avtomobil idarə edə bilməyəcək.
Bu barədə “Standard” məlumat yayıb. Bildirilir ki, Mudrik fərdiləşdirilmiş BMW M8-də sürət həddini aşdığı üçün dayandırıldıqdan sonra sürücülük hüququndan məhrum edilib. O, il yarım ərzində lisenziyasına 13 cərimə xalı toplayıb.
“Sürücü əvvəlcə dayanmadı və mən onu avtomobillə təqib etdim. Bir neçə dəfə siqnal səsindən sonra o, Strath Terracedə dayandı”, – polis məmuru məhkəmədə deyib.