Saglamolun portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ALİMLƏR SÜBUT ETDİ Sidney Universitetinin alimləri sübut edib ki, musiqi insan təxəyyülündəki obrazların məzmununu formalaşdırır, sosial mövzuları gücləndirir və başqalarının varlığını hiss etdirməklə təkliyi azalda bilir. Araşdırma Scientific Reports jurnalında dərc olunub.Tədqiqat çərçivəsində 600-dən çox insanın iştirak etdiyi 2 eksperiment keçirilib. İştirakçılardan qısa videoda göstərilən fiqurun uzaqdakı dağa səyahətini təxəyyüllərində davam etdirmələri istənilib. Bu zaman bir qrup müxtəlif dillərdə xalq musiqisi dinləyib, digər qrup isə tam sakit şəraitdə olub. Daha sonra iştirakçılar səhnələri təsvir edib.Araşdırmanın nəticələri göstərir ki, musiqi insan təxəyyülünə güclü təsir göstərir, səhnələr daha canlı, emosional və sosial yönümlü olur. Bu təsir musiqinin sözləri başa düşülmədikdə belə müşahidə olunub. Süni intellektlə aparılan ikinci mərhələdə isə məlum olub ki, yalnız eyni musiqiyə qulaq asan insanlar yaranan təsvirlərin fonunu düzgün müəyyən edə bilib.
Saglamolun.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.