TBİLİSİ, 1 sentyabr. TELEQRAF
Qərb ölkələri çoxqütblü dünyanın formalaşmasının qarşısını almaq üçün birbaşa şantaja əl atır.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mətbuata müsahibəsində deyib .
"Qərb ölkələri çoxqütblü dünyanın formalaşmasının qarşısını almağa çalışırlar. Onlar danışıqlara, ədalətli rəqabət metodlarına deyil, birbaşa şantaj, təzyiq, sanksiyalara əl ataraq, öz dominantlıqlarını qorumağa çalışırlar", - Rusiya XİN rəhbəri qeyd edib .
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Avropa “sakitləşmir” və Rusiya və ABŞ-ın Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməksəylərinə mane olmaqda davam edir.
Kreml nümayəndəsi qeyd edib ki, avropalılar Kiyevi "tamamilə absurd barışmazlıq xəttini davam etdirməyə"təşviq edirlər.