AZ

Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü blokladı

Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü blokladı

Pakistan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü blok edib.

AFN-in APA-ya istinadən verdiyi məlumata görə, Pakistan bu addımı Hindistanın Azərbaycanla bağlı hərəkətinə cavab olaraq atıb.

Xatırladaq ki, yaxın günlərdə Pakistan və Ermənistanın xarici işlər nazirləri arasında ilk telefon danışığı baş tutub və tərəflər diplomatik münasibətlərin qurulması barədə razılığa gəliblər.

Qeyd edək ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Çin Bakının təşkilata üzvlüyünü dəstəkləsə də, Hindistan bir daha Azərbaycanın tamhüquqlu üzvlük təklifinə qarşı çıxıb.

Seçilən
102
18
afn.az

10Mənbələr