ABŞ Prezidenti Donald Tramp səhhəti ilə bağlı yayılan şayiələrə cavab verib.
Sitat.info xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkə hesabında yazıb.
ABŞ lideri bildirib ki, özünü indi həmişəkindən daha yaxşı hiss edir.
“Həyatımda özümü indiki qədər yaxşı hiss etməmişəm”, - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, avqustun 30-da sosial şəbəkə istifadəçiləri arasında Trampın guya ölümü ilə bağlı şayiələr yayılmağa başlayıb.