
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışına qələbə ilə başlayıb.Yığma 1/8 final mərhələsində Gürcüstan ilə üz-üzə gəlib.Azərbaycan seçməsi rəqibini 4:2 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.Qeyd edək ki, Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışı iki bürünc medalla başa vurublar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat əldə ediblər.Ulusum.az
Diqqət Çəkənlər
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı
Partlayış səsləri eşidiləcək - Nazirlik XƏBƏRDARLIQ etdi