Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində karton məmulatlarının istehsalı zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində zavodun həyətində baş vermiş yanğın genişlənməsinə, o cümlədən zavod binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zavodun ərazisində 1800 kv.m sahədə yığılmış karton tullantıları 450 kv.m sahədə yanıb.