Bolqarıstan səfəri zamanı GPS əlaqəsini itirən Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyenin təyyarəsinə Rusiyanın elektron siqnallarla müdaxilə etdiyi ehtimal olunur.
Aİ Komissiyasının sözçüsü Arianna Podestanın verdiyi məlumata görə, fon der Leyenin təyyarəsi dünən səfər etdiyi Bolqarıstandakı hava limanına yaxınlaşarkən GPS bağlantısını itirib.
Təyyarə problemsiz şəkildə enərkən Bolqarıstan rəsmiləri müdaxilənin Rusiya tərəfindən həyata keçirildiyindən şübhələndiklərini bildiriblər.
Podesta bildirib ki, Rusiyanın təhdid və qorxutması müdafiə qabiliyyətlərimizi artırmaq və Ukraynaya dəstəyimizi gücləndirmək mövzusundakı dönməz qərarlılığımızı daha da möhkəmləndirəcək.
Podesta əlavə edib ki, fon der Leyen-in Bolqarıstan səfəri Rusiyaya qonşu Aİ ölkələrinə etdiyi bir sıra səfərlərin tərkib hissəsidir və bu hadisə ilə Avropa İttifaqı Komissiyasının sədri Rusiyadan gələn gündəlik təhdidi birbaşa yaşayıb.
O, həmçinin vurğulayıb ki, Aİ müdafiəyə və Avropanın hazırlığına investisiya qoymağa davam edəcək.