Yaponiyada bələdiyyələrə fövqəladə hallarda ayı və digər vəhşi heyvanların vurulmasına icazə verən qanun dəyişikliyi qüvvəyə minib.
Kyodo agentliyinin xəbərinə görə, Yaponiya son dövrlərdə ölkənin kənd bölgələrində rekord səviyyəyə çatmış ayı hücumları səbəbindən vəhşi həyatın qorunmasına dair qanunlarda dəyişiklik edib.
Bu gün qüvvəyə minmiş yeni qaydalara əsasən, bələdiyyə rəsmiləri xüsusi təyin olunmuş ovçuların yaşayış məntəqələrində qəhvəyi və qara ayılar da daxil olmaqla vəhşi heyvanları vurmasına icazə verə biləcək.
Lakin bu icazə yalnız digər təhlükəni önləyici üsullar mümkün olmadıqda və bölgə sakinlərinin güllələrdən zərər görməyəcəyi təqdirdə, yəni fövqəladə hallarda tətbiq olunacaq.
Rəsmilər bildirib ki, qanun dəyişikliklərinin problemsiz tətbiqi üçün hökumət təlim proqramları hazırlayacaq və maddi dəstək təmin edəcək.