AZ

Çində liderlərin həyat yoldaşları görüşdü

Çində liderlərin həyat yoldaşları görüşdü

Çin Prezidenti Si Cinpinin həyat yoldaşı Pinq Liyüen ev sahibliyi edərək liderlərin həyat yoldaşlarını bir araya gətirib.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurası Zirvəsi çərçivəsində Çin Prezidenti Si Cinpinin həyat yoldaşı Pinq Liyüen liderlərin həyat yoldaşları şərəfinə tədbir təşkil edib.

Tədbir məkanında Çin Prezidentinin həyat yoldaşı Pinq Liyüen liderlərin həyat yoldaşlarını səmimi şəkildə qarşılayıb.

Tədbirdən əvvəl ailə şəkli çəkdirən liderlərin həyat yoldaşları daha sonra mədəni proqramda iştirak ediblər. Tədbirdə iştirakçılar ölkələrinin mədəni zənginlikləri barədə fikir mübadiləsi aparıblar.

Proqrama Azərbaycan, Türkiyə, Nepal, Ermənistan, Malayziya, Monqolustan, İran, Misir, Özbəkistan liderlərinin həyat yoldaşları və həmçinin İran prezidentinin qızı da qatılıb.

Seçilən
61
afn.az

1Mənbələr