
ABŞ prezidenti Donald Tramp 2024-cü il seçkilərindəki rəqibi, Co Bayden administrasiyasında vitse-prezident olmuş Kamala Harrisi mühafizəsiz qoyub. ABŞ-ın ali dövlət rəhbərlərini adətən gizli xidmət əməkdaşları qoruyur.Qanuna görə, keçmiş prezidentlər ömürlük mühafizə hüququna malikdirlər, keçmiş vitse-prezidentlər isə vəzifədən getdikdən sonra yalnız altı ay müddətinə qorunurlar. Bu müddət 21 iyulda başa çatmalı idi, lakin Bayden prezidentliyinin son günlərində həmin müddəti daha bir il uzatmışdı.Qeyd edilir ki, Harrisin mühafizəsi, ABŞ üzrə turuna başlamasına bir neçə həftə qalmış dayandırılıb. Bu tur zamanı o, uğursuz prezidentlik cəhdi barədə yazdığı xatirələr kitabı “107 gün” əsərini tanıtmağı planlaşdırır.Ulusum.az
Diqqət Çəkənlər
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı
Partlayış səsləri eşidiləcək - Nazirlik XƏBƏRDARLIQ etdi