BAKI, 1 sentyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurasının Zirvə toplantısı çəçrivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, regional və qlobal hadisələr müzakirə edilib.
Prezident Ərdoğan Türkiyə ilə İran arasında bir çox sahədə, xüsusilə enerji sahəsində əməkdaşlığın qarşılıqlı maraqlarımıza xidmət etdiyini bildirib.
Prezident Türkiyənin Qərb ölkələri ilə İran arasındakı nüvə danışıqlarında Tehrana dəstəyini davam etdirəcəyini bəyan edib.
Görüşdə Ərdoğan və Pezeşkian Suriyadakı son vəziyyət, İsrailin Qəzzaya hücumları və Cənubi Qafqazda sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.