Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı Nizami Hüseynov, 24 yaşlı Azər Məmmədov, 51 yaşlı Hikmət İsmayılov, həmçinin əvvəllər məhkum olunmuşlar - 42 yaşlı Balaqardaş Hacıyev və 34 yaşlı Həmid Mahmudov saxlanılıblar.
Onlardan ümumilikdə 5 kiloqrama yaxın psixotrop maddə - metamfetamin, müxtəlif adda narkotik vasitə, 54 ədəd güclü təsiredici hesab edilən pregabalin həbi və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Saxlanılanlar sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib