AZ

"BOA Agency"nin səhmdarlarının sayı artıb - DETALLAR

Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC-nin səhmdarlarının paylarının strukdunda köklü dəyişikliklər baş verib. 

FED.az bu barədə şirkətin yarım illik idarəetmə hesabatına istinadən xəbər verir. 

Şirkətin səhmlərinin  yarısına, yəni 50%-nə (100 000 səhm) sahib olan Yusifov Yadulla Vaqif oğlu şirkətdəki bütün payını satıb.

Şirkətin digər 50%-lik tərəfdaşı olan Hacıyev Rüstəm Rauf oğlu isə səhmdar kimi qalsa da, onun mövqeyi ciddi şəkildə zəifləyib. Onun nizamnamə kapitalındakı payı 50%-dən 40%-ə (80 000 səhm) enib.

Bununla yanaşı Qəribli İlkin Eldar oğlu şirkətin səhmlərinin 40%-ni (80 000 səhm) əldə edərək yeni  səhmdara çevrilib Onunla yanaşı, şirkətə Hacıyev Ramin Rauf oğlu da daxil olub və səhmlərin 20%-nə (40 000 səhm) sahiblənib.

Ümumi səhmdarların sayı 2-dən 3-ə yüksəlib. 

Seçilən
40
fed.az

1Mənbələr