
Əfqanıstanda baş verən zəlzələ nəticəsində təxminən 500 nəfər həlak olub. Bu barədə RTA telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.Mətbuatın məlumatına görə, daha 1000-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Çoxlu sayda zərərçəkən dağıntılar altında qalıb, buna görə də qurbanların sayı arta bilər.6,0 maqnitudalı zəlzələ sentyabrın 1-nə keçən gecə Əfqanıstan ərazisində qeydə alınıb. Təbii fəlakət Cəlalabad şəhərindən 27,3 km (17 mil) məsafədə, Pakistan sərhədinə yaxın bölgədə baş verib.Ölkənin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, zəlzələ ucqar dağlıq ərazidə olub. Bu səbəbdən dəqiq məlumatların əldə olunması üçün əlavə vaxta ehtiyac var.Nazirlik həmçinin genişmiqyaslı xilasetmə əməliyyatına başlandığını vurğulayıb. Fəlakətin nəticələrinin aradan qaldırılmasına və zərərçəkənlərə yardım göstərilməsinə yüzlərlə mütəxəssis cəlb olunub.Ulusum.az
Diqqət Çəkənlər
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı
Analizsiz vitamin qəbul etmə: gizli risklər