Bakıda “Tamstore” marketlərindən birində satışda olan “Atena” kərə yağlarının istifadəyə yararsız olduğu aşkarlanıb.
XəzərNews.azxəbər verir lki, market rəhbərliyi məhsulun mağazaya "Avrora" şirkəti tərəfindən təqdim olunduğunu bildirib. Baxış zamanı yağların üzərində ləkələr müşahidə edilib, həmçinin xoşagəlməz qoxu gəldiyi bildirilib. Piştaxtada yerləşən digər qutularda da eyni vəziyyət qeydə alınıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “Tamstore” şəbəkəsində satışda olan “Westgold” kərə yağları ilə bağlı da oxşar hal yaşanmışdı.
Məhsulun üzərindəki etiketdə istehsal tarixi 30 may 2025-ci il göstərilir. Yararlılıq müddətinə görə, məhsul 2–4 dərəcə temperaturda 4 ay, -18 dərəcədə isə 12 ay saxlanıla bilər. Lakin, üç ay keçməsinə baxmayaraq, yağın xarab olduğu görünür.

Xəbər 3 dəfə oxunub.