AZ

Azərbaycanın ŞƏT sammitində iştirakı ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir – Deputat

Prezident İlham Əliyevin Çin Xalq Respublikasının sədri SiCinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plus”formatında keçirilən Zirvə toplantısında iştirakı, eləcə də Çindəxarici hərbi müdaxilənin və faşizm üzərində qələbənin 80 illiyinəhəsr olunmuş möhtəşəm tədbirlərdə və hərbi paradda iştirak etməsi,Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunun barizgöstəricisidir. Bu həm də Azərbaycanın beynəlxalq aləmdə artannüfuzunun təsdiqi kimi qiymətləndirilir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.

Deputat bildirib ki, Azərbaycan ilə Çin arasında əlaqələr qədimtarixə söykənir. Onun sözlərinə görə, hələ qədim İpək Yoludövründən əsası qoyulan münasibətlər bu gün də dinamik inkişaf edirvə müxtəlif sahələri əhatə edən geniş strteji tərəfdaşlıqmünasibətlərinə çevrilib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev hər zaman dünyasiyasətində və iqtisadiyyatında xüsusi çəkiyə malik olan Çin iləəməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verib.

“Bu gün Çin beynəlxalq münasibətlər sistemində aparıcı roloynayan dövlətlərdəndir. Onun siyasi, iqtisadi və texnoloji gücüqlobal miqyasda təsirini getdikcə artırır. Azərbaycanın beynəlxalqnüfuzunun yüksəlməsi, strateji coğrafi mövqeyi, tranzit vəlogistika imkanları, eləcə də geniş investisiya mühiti ölkəmizi Çinüçün daha da cəlbedici edir. Məhz buna görə Çin də Azərbaycanlamünasibətlərin genişlənməsinə böyük maraq göstərir. Bu əməkdaşlıqqarşılıqlı etimad, hörmət və strateji tərəfdaşlıq prinsiplərinəəsaslanır”, – deyə deputat vurğulayıb.

A.Həsənovanın fikrincə, dövlət başçısının Çinə səfəri iki ölkəarasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına təkanverəcək:

“Bununla yanaşı, Azərbaycanın ŞƏT Sammitində iştirakı vəPrezident İlham Əliyevin burada digər dövlət başçıları iləkeçirdiyi görüşlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığıninkişafına mühüm töhfələr verəcək. Bu səfər Azərbaycanın beynəlxalqproseslərdə fəal mövqeyini daha da gücləndirəcək və ölkəmizinqlobal əməkdaşlıqda etibarlı tərəfdaş imicinimöhkəmləndirəcək”.

Məqalədə:
Seçilən
30
2
az.trend.az

3Mənbələr