AZ

Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub

 Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın törədən şəxsi polis saxlayıb.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin  törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.

N.Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Seçilən
39
21
missiya.az

10Mənbələr