AZ

"YouTube" son 3 ayda Azərbaycandakı bazar payının 72 %-ni itirib

Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 42,7 % (ötən ay 34,01 %, 1 il əvvəl 25,49 % olub) təşkil edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 8,69 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 17,21 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 0,97 faiz bəndi, illik isə 13,04 faiz bəndi azalaraq 30,76 % (31,73 % və 43,8 %) təşkil edib.

Növbəti yerdəki "YouTube"un bazar payı ay ərzində 5,04 faiz bəndi azalaraq, il ərzində isə 2,20 faiz bəndi artaraq 10,27 % (15,31 % və 8,07 %) olub. Beləliklə onun bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (ümumi azalma 72 % təşkil edir).

Dördüncü pillədəki "X"in bazar payı aylıq 0,10 faiz bəndi, illik müqayisədə isə 1,30 faiz bəndi artaraq 7,2 % (7,1 % və 5,9 %) təşkil edib.

İlk beşliyi 6,15 %-lik (7,06 % və 12,43 %) bazar payı ilə "Pinterest" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,91 faiz bəndi, illik müqayisədə isə 6,28 faiz bəndi azalıb. 

Seçilən
15
4
missiya.az

5Mənbələr