Ajans.az Agence France-Presse-ə(AFP) istinadən xəbər verir. “Biz Zelenski ilə Avropa liderləri arasında belə bir görüşü planlaşdırırıq”, – mənbə bildirib. Məlumata görə, danışıqlarda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsi gündəlikdə olacaq. ABŞ prezidenti Donald Trampın iştirakının isə hələlik təsdiqlənmədiyi vurğulanır. Bundan əvvəl açıqlanmışdı ki, görüşdə Aİ liderləri və NATO baş katibi Ukraynadakı münaqişənin həlli yollarını da müzakirə edəcəklər. Tədbirin sentyabrın 4-də Parisdə keçirilməsi planlaşdırılır.