İlk dəfə olaraq dəmyə torpaqlarının dincə qoyulması üçün subsidiya verilməyə başlanılacaq.
Aqrar Subsidiya Şurasından Teleqraf-a verilən məlumata görə, Şamaxı, Şəki, Qobustan və Yardımlı rayonlarında dəmyə ərazilərində son 3 ildə ardıcıl olaraq aşağıdakı bitkilər əkilmiş və “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”-də bəyan edilmiş torpaqların dincə qoyulması üçün 2026-cı ildə dincə qoyulmuş torpaq əmsalı və dincə qoyulmuş torpaq subsidiyası buğda əkini üzrə hər hektara 220, arpa əkini üzrə isə 220 manat müəyyən edilib.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası 2026-cı il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.