Bakı. Trend:
Şanxay Əməkdaşlıq Təşkilatı Plus (ŞƏT+) çərçivəsində digərölkələrlə dialoq və əməkdaşlığın inkişaf etdirilməsi vəmöhkəmləndirilməsi üçün dəyərli fürsətdir.
Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Çində“ŞƏT+” (Şanxay Əməkdaşlıq Təşkilatı Plus) dövlət başçılarınn zirvətoplantısında etdiyi çıxışında deyib.
Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının təcrübəsigöstərir ki, inkişaf etməkdə olan və iqtisadiyyatı çiçəklənənölkələr arasında əməkdaşlıq bir çox problemlərin həlliistiqamətində praktiki addım ola bilər.
Pezeşkian bildirib ki, bundan əlavə cənub ölkələri ilə əsasənmaliyyə və birgə investisiya sahələrində əməkdaşlığın inkişafetdirilməsi ciddi şəkildə Şanxay Əməkdaşlığı Təşkilatınıngündəmində dayana bilər.
İranın qənaətincə təşkilat mövcud potensialı ilə yenitexnologiyalar və süni intellektdən faydalanmaq sahəsindəkoordinasiya mərkəzinə çevrilə bilər. İran elmi, enerji resurslarıvə tranzit imkanları ilə bu sahələrdə lazımi əməkdaşlığı etməyəhazırdır.
İran prezidenti deyib ki, İran şərq və qərb arasında əlaqəmərkəzində yerləşərək tranzit xətləri arasında kommunikasiya bağıyaratmaq üçün önəmli coğrafi imkana sahibdir.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 31 avqustda Çinəsəfər edib.