AZ

Bolqarçayın ətrafında növbəti təmizlik və abadlıq işləri aparılıb - FOTO

Bu gün rayonumuzda ekoloji mühitin qorunması, ətraf mühitin sağlamlaşdırılması və əhalinin istirahəti üçün əlverişli şəraitin yaradılması məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Şirvan-Salyan Regional İdarəsinin, Biləsuvar Gənclər Evinin, Kommunal Müəssisələr Kombinatının və “DOST” xidməti əməkdaşlarının iştirakı ilə   Bolqarçayın ətrafında genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Görülən işlər çərçivəsində çayın sahilboyu hissəsinə atılan məişət tullantıları və digər zibillər toplanaraq zərərsizləşdirilməsi məqsədilə ərazidən daşınıb və ərazilərdə hamarlama işləri görülüb. Çayın sahillərinin təmizliyi zamanı istifadə olunan texnikalar Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və 45 saylı Yol İstismar İdarəsinin  dəstəyi ilə təmin edilmişdir. 

Qeyd edək ki, bu tədbirlərin mütəmadi olaraq həyata keçirilməsində məqsəd həm Bolqarçayın təmiz və səliqəli saxlanması, həm də  çay ətrafında yaşayan sakinlərin bu sahədə maarifləndirilməsidir. 

Bolqarçay ətrafında həyata keçirilən təmizlik və abadlıq işləri mütəmadi olaraq  davam etdiriləcəkdir.


Seçilən
0
1
ekologiya.az

2Mənbələr