Erik ten Haq "Bayer Leverkuzen"in baş məşqçisi vəzifəsindən qovulub.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu barədə qərar klub rəhbərliyi tərəfindən bu gün səhər verilib və bu barədə dərhal məşqçiyə məlumat verilib.
55 yaşlı niderlandlı iyulun 1-dən Leverkuzen klubunu çalışdırmağa başlayıb. Onun rəhbərliyi altında "Bayer" üç oyun keçirib - 1 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə.