AZ

Kamil Tailandda timsah da yedi - Video

Fitnes məşqçisi Kamil Zeynallı istirahət üçün Taylanda yollanıb.

Yenisabah.az xəbər verir ki, o, yerli bazarda müxtəlif növ böcəkləri dadıb. 

Zeynallı həmin anları sosial media hesabında paylaşaraq yazıb: Toyuqlu pizza

"Bu bazarda cürbəcür cücülər var. Çəyirtkələri və qurdları öldürməyin. Onları qızardıb yeyin. Çox dadlıdır, proteindir. Adamın ağzında partlayır, maraqlı dadı var".

Videonun sonunda idmançı timsah əti də yeyərək, dadlı olduğunu bildirib. 

Görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları məşqçinin böcək yeməsini tənqid edib.

Aydan Hacı 

 


Telegram kanalımız
Seçilən
76
1
yenisabah.az

2Mənbələr