Yəmən husiləri İsrailin neft tankerinə raket zərbəsi endiriblər.
Sitat.info “Mehr”ə istinadən bu barədə xəbər verir ki, Husilər bu barədə bəyanat yayıb.
“Biz Qırmızı dənizin şimalında İsrailin neft tankerinə birbaşa ballistik raket hücumu həyata keçirdik".
Husilərin sözçüsü Yəhya Sari bildirib ki, hərbi əməliyyat məzlum Fələstin xalqına və onların cəsur döyüşçülərinə dəstək, həmçinin “sionist düşmənin Qəzza zolağındakı qardaşlarımıza qarşı törətdiyi soyqırım və cinayətlərə cavab olaraq həyata keçirilib.
O vurğulayıb ki, müharibə bitənə və Fələstin xalqının Qəzza zolağında blokadası götürülənə qədər bu əməliyyatlar dayanmayacaq.
Nigar,
Sitat.info