BAKI, 1 sentyabr. TELEQRAF
"Bakı Kart"ın operatoru olan "K Group" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaldığını elan edib.
Teleqraf xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Belə ki, MMC-nin nizamnamə kapitalı 19 milyon 299 min 999,99 manat məbləğindən 12 milyon 525 min 9,84 manata endirilib.
Qeyd edək ki, şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə Allahverdiyev Məmməd Ənvər oğludur.