AZ

Avtobuslarda gediş haqqı artırılacaq? – AYNA-nın aydınlıq gətirdi

İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edək ki, son dövrlər mətbuatda və sosial şəbəkələrdə ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə fikirlər səsləndirilir. Lakin dövlət qurumları tərəfindən açıqlanan məlumatlarda bu məsələ öz təsdiqini tapmayıb. Belə ki, bundan öncə “Bakı metropoliteni” QSC-dən də mediaya açıqlamada metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumatın olmadığı bildirilib.

Seçilən
19
19
heftelik.az

10Mənbələr