Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan Şanxay ƏməkdaşlıqTəşkilatının Çində keçən zirvə toplantısı çərçivəsində Tiencinşəhərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Paşinyan öz rəsmi "Telegram" kanalında görüşdən videogörüntünübölüşüb.
Məlumata əsasən, görüşdə liderlər ölkələr arasında qarşılıqlıetibar atmosferinin yaradılması məqsədilə konstruktiv dialoqu davametdirməyə razılaşıblar.