AZ

İctimai nəqliyyatda gedişhaqqı artırılır? - RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı məlumatlar yayılıb. Belə ki, yayılan məlumatlarda gediş haqqının 40-50 qəpik artırılacağı ilə əlaqədar iddialar yer alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

"İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, hazırda metroda gedişhaqqı 50 qəpik, paytaxtdakı avtobus marşrutlarında isə məsafədən asılı olaraq 50 qəpik-1 manat arası dəyişir.

Seçilən
79
3
ikisahil.az

6Mənbələr