AZ

“Ayaks” Brayan Brobbeyi “Sanderlend”ə satır

Hollandiya “Ayaks” klubu hücumçu Brayan Brobbeyin transferi ilə bağlı İngiltərənin “Sanderlend”i ilə razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Telegraaf" nəşri məlumat yayıb.

Məlumata görə, Amsterdam təmsilçisi futbolçunun satışından 20 milyon avro qazanacaq, əlavə 5 milyon avro isə bonuslar şəklində ödənilə bilər.

Hazırda “Sanderlend” Brobbeyə uyğun müqavilə təqdim etməlidir.

23 yaşlı Brobbey “Ayaks” akademiyasının yetirməsidir. O, əsas komandanın heyətində 163 oyunda meydana çıxaraq 56 qol vurub və 24 məhsuldar ötürmə edib.

Futbolçu Hollandiya millisində də 8 matçda oynayıb və 1 qolun müəllifi olub.

Seçilən
14
1
operativmm.az

2Mənbələr