Daşkənd. Trend:
Koreya Respublikası 2026-cı ildə “Koreya-Mərkəzi Asiya” zirvətoplantısına ev sahibliyi edəcək.
Trend xəbər verirki, bu barədə Koreya Respublikasının prezidenti Li Çje MyonÖzbəkistanın prezidenti Şavkat Mirziyoyevə ölkənin müstəqilliyinin34-cü il dönümü münasibətilə ünvanladığı məktubda yazıb.
Öz müraciətində Prezident Li Özbəkistan xalqını təbrik edib vəikitərəfli münasibətlərin möhkəm əsasını vurğulayıb. O, iyulun24-də iki lider arasında baş tutmuş telefon danışığını xatırladaraqbildirib ki, tərəflər əməkdaşlığın dərinləşdirilməsinəsadiqliklərini bir daha təsdiqləyiblər.
Myon qeyd edib ki, uzunmüddətli qarşılıqlı anlaşma və etimadmünasibətləri “xüsusi strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldib.O vurğulayıb ki, fəal mübadilələr iki ölkə arasında dostluq vəəməkdaşlığı daha da möhkəmləndirir.