Bakı, 1 sentyabr, AZƏRTAC
NTD klubu baş məşqçisi Tahir Baxşıyev ilə müqavilənin müddətini uzadıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan yığmasına da rəhbərlik edən mütəxəssislə 1 illik müqavilə imzalanıb. Onun köməkçisi Şirin Məhərrəm olacaq.
Qeyd edək ki, Tahir Baxşıyev NTD klubunu 2012-ci ildən baş məşqçi olaraq çalışdırır.